Bakıda bu yolda GÜCLÜ TIXAC var - DİQQƏT! -VİDEO

 21:09 27.04.2019     897

Hazırda paytaxtın Qara Qarayev prospektində güclü tıxac müşahidə olunur.

Redaktor.az-a daxil olan məlumata əsasən, tıxacın yaranmasına səbəb sözügedən ərazidə işıqforların işləməməsidir. 

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün axşam saatlarında paytaxtın Qara Qarayev prospektində yaranan güclü tıxacın yaranmasının səbəbini açıqlayıb.

Qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Redaktor.az-a açıqlamasında bildirib ki, sözügedən prospektdə tıxacın yaranmasına səbəb Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində aparılan yenidənqurma işləriylə bağlıdır:

"Sözügedən ərazidə hərəkətin tam olaraq məhdudlaşdırılması Qara Qarayev və Ziya Bünyadov prospektlərində tıxacın yaranmasına səbəb olub. Həmin yolda yaranan tıxacı aradan qaldırmaq üçün işıqforların bəziləri qırmızı işıqda saxlanılıb. Tıxac yaranan əsas yolda isə yaşıl işığın vaxtı uzadılıb. Yəni, işıqforların işləməməsindən söhbət gedə bilməz".

Gülnar Süleymanova / REDAKTOR.AZ