Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu: yaralılar var

 20:21 27.04.2019     346

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Redaktor.az Report-a istnadən xəbər verir ki, hadisə aeroport yolunda, "Buta Palace" yaxınlığında qeydə alınıb.

Belə ki, Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşıyan avtomobillə toqquşub. Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl də 171 saylı sərnişin avtobusu "Mersedes"lə toqquşub .