Bakıda itkin düşən məktəbli TAPILDI

 20:50 27.04.2019     337

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu dünən paytaxtda itkin düşmüş 13 yaşlı qızla bağlı məlumat yayıb.

Redaktor.az
-a daxil olan məlumatda bildirilir: 

Nəsimi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində rayon ərazisində itkin düşmüş məktəbli tapılaraq ailəsinə təhvil verilib. 

Aprelin 26-da Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyeva Aydan Valeh qızının təhsil aldığı Bakı şəhəri 5 nömrəli məktəbdən çıxaraq naməlum istiqamətə getməsi barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə edilmiş müraciət əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyeva aprelin 27-də tapılaraq ailəsinə təhvil verilib.