Avtobus qəzası nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib, 6-sı reanimasiyadadır - YENİLƏNİB

 22:45 27.04.2019     440

Bakıda 171 saylı xətt marşrutu üzrə hərəkət edən marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəstəxanaya yerləşdirilən yaralılardan 17 nəfər evə buraxılıb.

Redaktor.az xəbər verir  ki, bu barədə trend-ə açıqlamasında 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov məlumat verib.

Baş həkim bildirib ki, hadisə nəticəsində 27 nəfər xəstəxanaya müraciət edib: "Onlardan 3 nəfər uşaq, 24 nəfər isə böyükdür. Müraciət edənlərdən 17 nəfərə ilkin tibbi yardım göstəriləndən sonra ambulator müayinəyə buraxılıb. Hazırda 10 nəfər xəstəxanaya qəbul olunub. Onlardan 6 nəfərin vəziyyəti ağır olduğundan reanimasiya, 4 nəfər isə travma şöbələrinə yerləşdirilib.

Xatırladaq ki, bu gün axşam saatlarında Bilgəh qəsəbəsindən "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu ilə kommunal xidmət avtomobili ilə toqquşub.

XXX

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Redaktor.az report-a istinadən xəbər verir ki, hadisə aeroport yolunda, "Buta Palace" yaxınlığında qeydə alınıb.

Belə ki, Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşyan avtomobillə toqquşub. Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  

Qeyd edək ki, daha əvvəl də 171 saylı sərnişin avtobusu "Mercedes"lə toqquşub .