Bakıda yol qəzasına düşənlərdən XƏBƏR VAR

 09:48 28.04.2019     1184

Yaralıların 3-ü evə buraxılıb, 7-si isə xəstəxanadadır.

Bu barədə 3 saylı Şəhər Klinik Xəstəxanasından Redaktor.az-a məlumat verilib. Bildirilib ki, dünən Bilgəh qəsəbəsindən "Koroğlu" metrostansiyası istiqamətində baş verən yol qəzasında xəsarət alan 7 nəfərdən bir neçəsi reanimasiya şöbəsindədir:

Hadisə ilə bağlı dünən xəstəxanaya 27 nəfər müraciət etmişdi. Onların 17 nəfəri ambulator müayinədən sonra həmin gün evə buraxılıb. Digər 10 nəfər isə xəstəxanaya yerləşdirilib. Hazırda xəstəxanaya yerləşdirilən yaralılardan 3-ü evə buraxılıb. Onların vəziyyəti yaxşıdır. Digər 7 nəfərin bir neçəsi reanimasiya, qalanı isə travma şöbəsinə yerləşdirilib. Onların bu gün evə buraxılıb-buraxılmaması dəqiq bilinmir.

Qeyd edək ki, dünən axşam saatlarında Bilgəh qəsəbəsindən "Koroğlu" metrostansiyası istiqamətində hrəkət edən 10-TG-909 dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu  kommunal xidmət avtomobili ilə toqquşub.

Gülşən Şərif/ Redaktor.az