Bakıda yanğın: 10 nəfər təxliyə edildi

 10:58 28.04.2019     524

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 900 m² olan üçmərtəbəli binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində elektrik lövhəsi yanıb.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən