Sumqayıtda zavodun köhnə anbarında yanğın olub

 16:42 28.04.2019     435

Bu gün Sumqayıtda yanğın olub.

Redaktor.az xəbər verir ki, ONA-nın yerli bürosunun məlumatına  görə, Aluminium zavodunun ərazisində ümumi  sahəsi 1500 kvadratmetr olan köhnə anbarda yanğın baş verib.

Anbarın içərisində olan  kimyəvi istehsalat və maqnezium qalıqları 150 kvadratmetr sahədə və digər sahədə yararsız taxta konstruksiyalar yanıb. Anbarın dam örtüyü və divar konstruksiyaları deformasiya uğrayaraq uçub.

Dərhal yanğın baş verən əraziyə 4 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub.

Yanğın  söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən