Bakıda yataqxanada yanğın: Sakinlər təxliyə olundu

 19:31 28.04.2019     563

Binəqədidə yataqxanada yanğın olub.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 36 kv.m olan 2 otaqlı mənzilin 1 otağında çarpayı və yataq dəsti yanıb. 

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən