19 yaşlı oğlan kanalda batdı: FHN hərəkətə keçdi

 22:57 28.04.2019     312

Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Ələkbərov İmamyar Ağabala oğlu batıb.

Redaktor.az FHN-nin saytına istinadən xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumatda deyilir.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən