Tovuzda 70 yaşlı kişi qətlə yetirildi
Tovuz rayonunda qətl hadisəsi baş verib.
Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumatına görə, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.
Kənd sakini, 1971-ci il təvəllüdlü Abdiyev Oqtay Mikayıl oğlu münaqişə zəminində həmkəndlisi, 1949-cu il təvəllüdlü Tağıyev Cəlal Səməd oğlunu bıçaqlayıb.
Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.












