Buraxılış imtahanının nəticələri SABAH açıqlanacaq
17 martda keçirilmiş IX sinif buraxılış imtahanlarının birinci mərhələsi üzrə nəticələr sabah elan ediləcək.
Redaktor.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, 31 martda keçirilmiş imtahanların nəticələri isə mayın 6-da elan olunacaq.












