Ermənilərdən Azərbaycana qarşı növbəti təxribat

 22:57 29.04.2019     451

Rusiyada ermənilər Azərbaycana qarşı növbəti dəfə təxribata əl atıblar.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən "Qul-Şərif" məscidində yerləşən muzeydə Azərbaycanın Qarabağ bölgəsinin "artsax" adı altında verildiyi orta əsrlər dövrünü əks etdirən xəritə nümayiş olunub.

Məlum faktı Sankt-Peterburqda yaşayan azərbaycanlı hüquqşünas Ramin Novruzov üzə çıxarıb. O, separatçı ermənilərin təxribatı ilə bağlı "Qul-Şərif" məscidinin məsul şəxslərinə və Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət ünvanladığını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən