Qazaxda ağır yol qəzası - Xəsarət alanlar var
Qazax rayonunda avtomobil qəzası baş verib.
Redaktor.az "Report"-a istinadən məlumatına görə, hadisə Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlardan biri - 1984-cü il təvəllüdlüİlqar Adıgözəl oğlu Əhədov xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzada xəsarət alan digər şəxsə isə hadisə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.












