Türkiyənin alış-veriş saytlarında Azərbaycan kartları niyə tanınmır? - AÇIQLAMA

 15:55 30.04.2019     210

“Müəyyən risklərə görə ödəmə kartları vasitəsilə gələn maliyyə axınlarını bağlayan ölkələr var, və bu problemi aradan qaldırılması üçün hər bir bank və ticarət nöqtəsi ilə ayrı-ayrılıqda iş aparılmalıdır. Kartlar qəbul edilmirsə, bu, ödəmə sistemi qaydalarının pozulması deməkdir”.

Redaktor.az fed.az-a istinadən xəbər verir ki, bunu VİSA şirkətinin Baş vitse-prezidenti, MDB və Cənub-Şərq Avropa ölkələri (CİSSEE) üzrə direktoru Vera Platonova Türkiyənin bəzi saytlarının onlayn ticarət zamanı Azərbaycan banklarına məxsus plastik kartları qəbul etməməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

V.Platonova qeyd edib ki, təmsil etdiyi şirkət Azərbaycan banklarına məxsus plastik kartların tanınması üçün VİSA şirkəti danışıqlar aparır: “Biz hazırda bu iş üzərində çalışırıq və belə hallar gördükdə Azərbaycan bankalarının xəbərdarlıq etmələrini xahiş edirik, belə olduqda izləmək daha asan olur".

Qeyd edək ki, bir müddət öncə “Mastercard” şirkəti açıqlama yayaraq bildirmişdi ki, Azərbaycan banklarına məxsus “Mastercard” istifadəçilərinin Türkiyə alış-veriş saytlarından rahat istifadə etməsi üçün həmin saytlarla razılıq əldə edib.