Ağcabədidə "Mercedes" yanıb - FHN

 17:26 30.04.2019     316

Ağcabədinin Böyük Kəhrizli kəndində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.