DİQQƏT! Qaz sayğacınızın ekranında BU YAZILAR VARSA...

 21:56 30.04.2019     7603

Qaz abonentlərinin tez-tez verdiyi suallardan biri də Smart sayğacının ekranına yazılan yazılarla bağlıdır.

Smart sayğacın ekranında FO24 və OFF yazılıbsa, nə etməli?

Redaktor.az xəbər verir ki, sulla bağlı “Azəriqaz” İstehsalat Birliyindən verilən cavabda bildirilir ki,

OFF yazısı kartı sayğaca yükləyərkən yumru, göy düymənin əvəzinə üç künc düymənin basılaraq saxlanılması zamanı yaranır. Bu zaman sayğaca yüklənilən bütün məbləğ (kub formasında) karta köçürülür (kredit back), sayğacın giriş klapanı bağlanır və qaz təchizatı dayandırılır. Bu halın aradan qaldırılması üçün abonentlər tərəfindən sayğacın 4 ədəd şəkilləri (menyu – 1, menyu – 2, mexaniki göstərici m3 və ekranda yazılan OFF və ya FO24) çəkilərək, yerli rayon qaz xidmət sahəsinə müraciət edilməlidir. Bu zaman heç bir məbləğ itmir və əlavə ödəniş tələb olunmur. Bunun üçün kart sayğaca daxil edilərək göy düymə basılmalı və OFF yazısının şəkili çəkilməli, sonra üç künc düymə 1 dəfə basılaraq açılan menyunun şəkili çəkilməli (Menyu – 1), yenidən üç künc düymə 3 dəfə və ya ekranda sol tərəfdə 2 yazılanadək basılaraq açılan menyunun şəkili çəkilməli (Menyu-2), son olaraq isə sayğacın mexaniki göstəricisinin şəkli çəkilməlidir. Yerli rayon qaz xidmət sahəsi kartı bərpa etdikdən sonra kart sayğaca daxil edilməli və 3 siqnal səsi gələnədək gözlənilməlidir. Sonra sayğac OFF vəziyyətindən çıxacaq. Daha sonra yumru göy düyməni basıb saxlamaq lazımdır. Sayğacda OP 190 əməliyyatı gələcək və rəqəmlər 000 olandan sonra qaz təchizatı bərpa olunacaq.

Sayğacın ekranındakı FO24 yazısı isə OFF vəziyyətinin digər halıdır. Lakin burda fərq ondan ibarətdir ki, sayğac OFF vəziyyətinə düşməmişdən öncə digər (ALARM 2, 3, 5 və ya FO44) kodda olub. Bunun üçün yuxarıda OFF vəziyyəti üçün qeyd olunanlar təkrar edilməli və sayğac OFF vəziyyətindən çıxdıqdan sonra kart yenidən sayğaca daxil edilməlidir. Sayğacın ekranında 0.00 yazısı göründükdən sonra istənilən ödəniş terminalında karta 1 manatdan yuxarı pul yükləyərək sayğaca yükləməli və koddan çıxarılmalıdır”.