Göyçayda yerli sakini ilan sancıb

 01:21 01.05.2019     376

Göyçayda növbəti ilansancma hadisəsi qeydə alınıb.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şahsoltanlı kəndində baş verib.

Kənd sakini 47 yaşlı Hakim Nuriyev heyvanları otararkən qəflətən onu ilan sancıb. Qardaşı dərhal onu Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırıb, ona zəhərə qarşı zərdab vurulub. Hazırda xəstəxanada müalicə olunan Hakim Nuruyevin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, bu ay Göyçayda ilansancma ilə əlaqədar 2 nəfər xəstəxanaya müraciət edib.