Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb

 06:23 01.05.2019     400

Bakının Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun bağında bıçaqlanma olub.

Redaktor.az Reporta-a istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü Xəlilov Emin Bahadır oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Çoxsaylı bıçaq xəsarətləri alan yaralı paytaxtdakı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, əməliyyat olunub.