27 yaşlı qız itkin düşüb - Bakıda

 11:28 01.05.2019     592
Bakıda 27 yaşlı qız itkin düşüb. 
 
Redaktor.az-a daxil olan məlumata görə, hadisə ilə bağlı Nizami rayonu, N. Abdullayev küçəsi ev 4/36 ünvanda yaşayan Mustafayev Sadiq Həsən oğlu ərizə ilə polis bölməsinə müraciət edib. Nizami RP-nin 23-cü PB-nə müraciət edən ata bildirib ki, qızı 1992-ci il təvəllüdlü Mustafayeva Dəryanur Sadiq qızı dünən təxmini saat 10:00 radələrində yaşadıqları evdən çıxaraq geri dönməyib.
 
Məlumat əsasında Nizami RP-nin 23-cü PB-də araşdırma aparılır.
 
Gülşən Şərif / Redaktor.az
Vumart və Güvən reklamı Vumart Güvən