AMEA-nın yeni vitse-prezidenti seçildi - Rasim Əliquliyev

 14:02 01.05.2019     345

Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev akademiyanın vitse-prezidenti seçilib.

Redaktor.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında gizli səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən, R.Əliquliyev 1 səs əleyhinə olmaqla, vitse-prezident seçilib.

Seçkidə akademiyanın yalnız həqiqi üzvləri iştirak edib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə hesab edir ki, R.Əliquliyevin yeni təyinatı elmimizin inlişafına töhfə verəcək.