Azərbaycana gələn Pakistan vətəndaşında narkotik aşkarlanıb - FOTOLAR

 14:48 01.05.2019     324

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda, İran İslam Respublikasından Azərbaycana gələn "Volvo" markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Redaktor.az-a verilən məlumata görə, avtobusda olan sərnişin Pakistan İslam Respublikasının vətəndaşı Shah Nasrat Yar Mat oğlunun əl yükünə rentgen aparatı ilə baxış keçirilərkən rəngli fonda şübhəli cizgilər müşahidə edilib. Yoxlama zamanı 1 ədəd qara və 1 ədəd qəhvəyi rəngli çamadanların hər birinin daşınması üçün nəzərdə tutulan metal tutacaqların içərisindən ayrı-ayrılıqda 438 qram olan, ümumilikdə 876 qram narkotik vasitə-heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. 

222