Hökumətin yaxşı addımlarını pisləyən qüvvələr: Məqsəd nədir? – Millət vəkilindən SƏRT REAKSİYA

 11:51 02.05.2019     558

Hökumətin atdığı addımlar yaxşıdırsa, onu necə pisləmək olar?!

Millət vəkili Fazil Mustafa Redaktor.az-a açıqlama verib. Millət vəkili hesab edir ki, qaz limitinin artırılması ilə bağlı qərar və ölkədə aparılan son islahatlar cəmiyyətdə olduqca müsbət qarşılanıb:

“Lakin nədənsə müxalif qüvvələr birmənalı olaraq ölkə rəhbərliyinin xalqın rifahının yüksəldiləməsi ilə bağlı verdiyi qərarlara tənqidi yanaşır. Ölkə prezidenti Milli Məclisdə səsləndirilən problemləri və cəmiyyətdən gələn mesajları nəzərə alaraq, onların dərhal həlli üçün göstərişlər verir. Qazın limiti ilə bağlı çətinliklər də hakim dairələrin diqqətindən yayınmayıb və onun həll edilməsi barədə qərar qəbul edilib. Ola bilsin ki, bu qərar hamını qane etməyəcək. Amma istənilən halda əhalinin böyük əksəriyyətinin marağına uyğundur”.  

Millət vəkili müxalifətin islahatları özlərinin “əməyi” kimi qələmə verməsinə də münasibət bildirib:

“Yayılan bu fikirlər cığallıqdan başqa bir şey deyil. Müsbət addımlar atılırsa, bunu sadəcə təqdir etmək lazmdır. Doğrudur, müxalifətin funksiyası tənqid etməkdir. Amma hər şeyi tənqid etmək deyə bir qayda yoxdur. Müxalifət başa düşməlidir ki, Prezident atdığı müsbət addımları təqdir etmək onların özləri üçün də yaxşı olar. Amma bu qüvvələr yaxşı addımları pisləməklə, ümumiyyətlə, qərəzli olduqlarını göstərirlər”.

 F.Mustafa xatırladıb ki, hakimiyyətin atdığı müsbət addımlara qarşı müxalifətin bu cür reaksiyası ilk deyil:

“Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanmasına da bəzi qüvvələr tənqidi açıqlamalar səsləndirmişdi. Bu qəbuledilməzdir. İstənilən müxalif qüvvə ölkənin Avropaya inteqrasiyasında maraqlı olmalıdır. Çünki bu, eyni zamanda demokratik dəyərlərin Azərbaycanda daha sabit forma almasına gətirib çıxaran bir addımdır. Yəni hakimiyyət qərbyönümlü siyasət yürüdəndə də, rusiyayönümlü siyasət sərgiləyəndə də tənqid edilirsə, o zaman bu tənqidi edənlərin öz fəaliyyəti başa düşülməz”.

Firuzə Vahid / REDAKTOR.AZ