Ötən ay Qida Təhlükəsizliyi Agentliyinin “Çağrı Mərkəzi”nə 1410 müraciət daxil olub

 19:01 01.05.2019     283

Bu ilin aprel ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1410 müraciət daxil olub.

Agentlikdən Redaktor.az-a verilən məlumata görə, daxil olan müraciətlərdən 313-ü sertifikatlaşdırma və qeydiyyat, 231-i idxal-ixrac əməliyyatları, 155-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 40 müraciət daxil olsa da, onlardan yalnız 20-si öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 103-ü işə qəbulla, 568-i isə digər xarakterli müraciətlər olub.