Qusarda ikimərtəbəli ev yanıb

 22:41 01.05.2019     447

Qusarda sahəsi 240 kv.m olan ikimərtəbəli ev yanıb.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 4 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın, mətbəxin tavanı 50 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən