Azərbaycanda qızıl-gümüşün QİYMƏTİ ucuzlaşıb

 01:19 02.05.2019     312

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Redaktor.az Trend-ə istinadən məlumatına görə, mayın 1-də qızılın qiyməti aprelin 30-u ilə müqayisədə 5,6015 manat azalaraq 1 unsiya üçün 2176,374 manat təşkil edib.

Gümüş 0,0743 manat ucuzlaşaraq 1 unsiya üçün 25,3645 manata bərabər olub.

 Platinin qiyməti 21,4285 manat azalaraq 1506,4295 manat, palladiumun qiyməti isə 2,295 manat artaraq 2345,048 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.