Saray qəsəbəsində dəhşətli qəza - 1 ölü,1 yaralı

 04:37 02.05.2019     434

Abşeron rayonunun Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, Bakıdan Saray istiqamətində hərəkətdə olan VAZ-2106 markalı avtomobil yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Cəfərzadə Elşən Şahlar oğlu və adı hazırda məlum olmayan başqa bir piyadanı vurub.

E.Cəfərzadə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Digər piyada isə hadisə yerində keçinib.