Lənkəranda bıçaqlanma hadisəsi qeydə alınıb

 05:24 02.05.2019     311

Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, Lənkəran şəhəri M.Əsədov küçəsi dalan 1, ev 2-də yaşayan 1986-cı il təvəllüdlü Nurlan Nurəli oğlu Qurbanov sol döş nahiyəsində, sol qabırğanın alt hissəsində daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Yaralı dərhal əməliyyat olunub. Hadisənin detalları hələlik məlum deyil. Polis əməkdaşları xəstəxanada olub, yaralını xəstəxanaya gətirən şəxsin izahatını alıb. Hələlik şəxsiyyəti açıqlanmayan kişinin N.Qurbanovu şəxsi mübahisə zəminində vurduğu söylənilir.

Faktla bağlı hələlik saxlanılan yoxdur. Fakt üzrə araşdırma aparılır.