Salyanda İran vətəndaşı yol qəzası törədib

 07:21 02.05.2019     295

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İran İslam Respublikası vətəndaşı, 1970-ci il təvəllüdlü Əxbəri Cabir Qaçay oğlu idarə etdiyi ağırtonnajlı yük maşını ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və dəmir-beton maneyəyə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı arşdırma aparılır.