Tərtərdə atlını maşın vuraraq öldürüb
Tərtər rayonunda ölümülə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az Report-a istinadən xəbər verir ki, rayonun Poladlı kəndində "Lifan" markalı minik avtomobili yol kənarında atla gedən 1979-cu il təvəllüdlü kənd sakini Hüseynov Məhər Məhərrəm oğlunu vurub.
Zərərçəkmiş hadisə yerində ölüb.
Faktla bağlı Tərtər rayon Polis şöbəsində araşdırma aparılır.












