Balakəndə 4 otaqlı ev yanıb

 10:48 02.05.2019     252

Balakəndə 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, rayonun Mahamalar kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, eyvanının döşəməsi və dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.