Orta məktəbdən oğurluq edən yeniyetmələr tutulub

 12:30 02.05.2019     451

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə rayon ərazisindəki orta məktəblərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və 300 manat dəyərində proyektorun oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan 2 yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən