Dəfnlərin vahid dövlət reyestri aparılacaq

 17:28 02.05.2019     615

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən Ailə Məcəlləsinə 196-cı maddə (Dəfnlərin reyestri) əlavə edilib.

Həmin maddədə dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılması nəzərdə tutulur.

Bundan başqa qanuna edilən dəyişikliyə görə, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə “445-1,” rəqəmlərindən sonra “516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə),” sözləri əlavə edilir.

Vumart və Güvən reklamı Vumart Güvən