Şəmkirdə 29 yaşlı gənc qətlə yetirildi

 21:33 02.05.2019     451

Şəmkir rayonunda qətl hadisəsi baş verib. 

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. 

Belə ki, Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Kəramət Şükür oğlu Məmmədov odlu silahdan açılan atəş nəticəsində ölüb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələ ki məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən