Professorların nümunəvi dərsləri keçiriləcək - UNEC-də

 14:27 03.05.2019     425

UNEC-də gənc müəllimlərin tədris bacarıqlarının formalaşdırılmasında mühüm əhəmiyyətə malik olan məsələlərdən biri də biliyin ötürülməsi prosesində istifadə olunan tədris metodlarıdır.

Redaktor.az bildirir ki, təhsil verən şəxslərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda professorların tədris, təlim texnologiyaları sahəsində öz biliklərini gənc müəllimlərə ötürülməsi məqsədilə 2018/2019-cu tədris ilinin yaz semestri ərzində UNEC professorların nümunəvi dərslərinin keçirilməsi ənənəsini davam etdirir. Dinləyicilər bu dərslərdə innovativ təlim texnologiyalarının tətbiqi ilə yanaşı, nümunəvi dərsdə öyrənilən problemlə bağlı nəzəri bilik və praktiki bacarıqlara da yiyələnəcəklər. Belə nümunəvi dərslərdən İqtisadiyyat kafedrasının professorları Məmmədov Elşad Yaqub oğlunun “Региональный анализ экономики Азербайджана”, İbrahimov Müslüm Azad oğlunun “Мировое движение капитала и ТНК” mövzusunda keçirilən ustad dərslərini qeyd etmək olar.

İnanırıq ki, UNEC gələcəkdə belə uğurlu layihələrini davam etdirəcək.

Vumart və Güvən reklamı Vumart Güvən