"Artıq onlar da cəmiyyətə inteqrasiya olunacaq" - Yüzlərlə uşaq...
Millət vəkili Qənirə Paşayeva prezident İlham Əliyevə təşəkkür edib.
Redaktor.az bildirir ki, millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyevin I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncamına münasibət bildirib. Q.Paşayeva qeyd edib ki, prezidentin bu addımı onun hər zaman I və II dərəcə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud şəxslərin xahişlərinə diqqət və qayğı ilə yanaşdığının göstəricisidir:
.jpg)
“Prezidentə I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Sərəncamından, bu çox humanist qərarından dolayı çox təşəkkür edirəm. I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqından azad edilməsi ilə bağlı məsələni dəfələrlə Milli Məclisdə qaldırmışam və bu uşaqların və onların ailələrinin təkliflərini səsləndirərək çıxışlar etmişəm. Prezidentə bu insanların istəklərini nəzərə alan Sərəncam imzaladığı üçün çox təşəkkür edirəm. Bu Sərəncam yüzlərlə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması, cəmiyyətə daha yaxşı inteqrasiya olunması üçün çox önəmlidir”.
Firuzə Vahid /REDAKTOR.AZ












