Yararsız qida məhsulları məhv edildi

 18:33 03.05.2019     446
AQTA əməkdaşlarının iştirakı ilə yararlılıq müddəti bitmiş ümumi çəkisi 28,62 ton olan müxtəlif növə aid qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib.
 
Redaktor.az-ın məlumatına görə, “Sun Food” MMC tərəfindən istifadəyə yararlılıq müddəti keçmiş 28,62 ton qida məhsulunun məhv edilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət olunub.
 
Qeyd edək ki, qanunvericiliyə əsasən saxlama müddəti ötmüş qida məhsulları insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur, onların satışı və istifadəsi yolverilməzdir.
 
Gülşən Şərif / Redaktor.az
Vumart və Güvən reklamı Vumart Güvən