X.Xələfovun təyinatına XİN-dən AÇIQLAMA
Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı Redaktor.az-a açıqlama verib. XİN rəsmisi bildirib ki, bundan sonra X.Xələfov Xarici İşlər nazirinin müavini kimi fəaliyyət göstərəcək:
.jpg)
“Artıq Xələf Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsini tərk edib. 3 may tarixindən etibarən dövlət başçısının sərəncamı ilə Xarici İşlər nazirinin müavini vəzifəsində çalışacaq”.
Xatırladaq ki, X.Xələfov 2018-ci ildə Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilərək Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin edilmişdi.
Firuzə Vahid / REDAKTOR.AZ












