Bakıda avtobus körpüyə ilişib - FOTO
Bakıda avtobus körpüyə ilişərək dayanıb.
Redaktor.az-ın ONA-a istinadən xəbərinə görə, hadisə şəhərin Nəsimi rayonu, 28 May küçəsində qeydə alınıb.
"99-JR-942" dövlət qeydiyyatlı avtobus dəmir yolu körpüsünün altından keçərkən, körpüyə ilişib.
Problemin aradan qaldırılması istiqamətində işlər aparılır.












