Paytaxtda iki əsas avtomagistralda sürət həddi endirildi

 22:05 04.05.2019     473

Bakının əsas magistral avtomobil yollarında sürət həddi endirilib.

Redaktor.az Trend-ə istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı eləcə də ehtiyyatlı olmağı tövsiyyə edirik

Vumart və Güvən reklamı Vumart Güvən