Bakıda ağır qəza - piyadanı bir maşın vurdu, digəri üstündən keçdi / VİDEO
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb.
Redaktor.az ONA-ya istinadla verdiyi xəbərə görə, hadisə Bayıl qəsəbəsi ərazisi, Bayıl şossesində baş verib.
Nəticədə C.Məmmədov hadisə yerində keçinib. Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Qəzada iştirak edən hər iki sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, istintaq araşdırmaları aparılır.












