Bakıda marşrut avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

 11:46 05.05.2019     421

Bakıda avtobus qəzası baş verib.

Redaktor.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda qeydə alınıb.

"İsuzu" markalı xətt avtobusu "Qazel" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını yol kənarındakı obyektə girib.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən