Bakıda avtobus qəzasıyla bağlı BNA-dan AÇIQLAMA

 13:44 05.05.2019     489

Bakıda sərnişin avtobusunun qəzaya uğramasına səbəb yük maşını olub.

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakının Sabunçu rayonu ərazisində baş verən avtobus qəzasıyla bağlı Redaktor.az-a açıqlama verib.

Qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, qəza baş verəndən dərhal sonra hadisə yerinə BNA-nın əməkdaşları cəlb olunub. İlkin araşdırma zamanı məlum olub ki, qəza yük avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Araşdırmalar davam edir.

Qeyd edək ki, bu gün Bakının Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda 217 saylı marşrut xətti ilə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusunun "Qazel" markalı yük maşını ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Xəyalə Məmmədova / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən