Bakıda avtobus qəzasında xəsarət alan sərnişinlərdən XƏBƏR VAR
Bakıda avtobusla yük maşınının toqquşması nəticəsində xəsarət alan 6 sərnişindən 5-i artıq evə buraxılıb.
3 № li Şəhər Klinik Xəstəxanasından Redaktor.az-a verilən son məlumata əsasən, xəsarət alan 3 qadın və 2 kişi sərnişin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hazırda 1969-ci il təvəllüdlü kişi sərnişin isə sağ ayağının amputasiyası ilə bağlı mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, bu gün Bakının Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda 217 saylı marşrut xətti ilə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusunun "Qazel" markalı yük maşını ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Gülşən Şərif / REDAKTOR.AZ












