Salyanda mikroavtobus qəzasında bir uşaq ölüb, 7 nəfər yaralanıb - Nazirlik
Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.
Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.
Qeyd edək ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Vita” markalı avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb.












