İdmançıları daşıyan avtobus qəza törətdi: Ölən və yaralananlar var
Salyanda idman yarışına gedən gənclərdən ibarət mikroavtobus qəzaya uğrayıb, bir nəfər ölüb.
Redaktor.az-ın ona.az-a istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Şirvan şəhər sakini Samir Əhmədovun idarə etdiyi “Vita” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə nəticəsində gənc idmançılardan biri ölüb, 6 nəfər yaralanıb. Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib.
Mikroavtobusun sərnişinləri Şirvan şəhər İdman Məktəbinin sərbəst güləş üzrə yeniyetmələrdən ibarət komandasının üzvləri olub. Onlar Cəlilabad rayonunda təşkil olunan turnirə qatılmaq üçün gedərkən qəzaya uğrayıblar. Sürücü eyni zamanda komandanın məşqçisidir.
Faktla bağlı araşdırma aparılır.












