Azərbaycanlı şair VƏFAT ETDİ
Tanınmış şair Dəmir Gədəbəyli vəfat edib.
Redaktor.az bildirir ki, bu barədə ONA-ya şairin ailəsindən məlumat verilib. Onun xəstəxanada dünyasını dəyişdiyi qeyd edilib. Şair sabah Bakıda dəfn olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl insult keçirən Dəmir Gədəbəyli xəstəxanaya yerləşdirilimişdi. Bu il martın 27-də onun 80 yaşı tamam olub.













