"Meydan TV"-nin bir neçə əməkdaşının ölkədən çıxışına qoyulan qadağa götürülüb

 14:46 06.05.2019     418

Meydan TV"-nin bir neçə əməkdaşının ölkədən çıxışına qoyulan qadağa ləğv olunub.

Redaktor.az bildirir ki, bu barədə Meydan TV-nin əməkdaşı Aynur Elgünəş şəkil paylaşıb və məlumat yayıb.

Məlumata görə, Natiq Cavadlı, Səlimə Cəlilova və İzolda Ağayevanın ölkədən çıxışına qoyulan qadağa götürülüb.

Xatırladaq ki, bir neçə gün əvvəl Aynur Elgünəşin də ölkədən çıxışına qoyulmuş qadağa götürülmüşdü.

Firuzə Vahid / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən