Cəlilabadda avtomobil aşdı: Ölənlər var
Cəlilabad rayonunun Alar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, mayın 5-i saat 5 radələrində Cəlilabad şəhər sakini Məmməd Məmmədov idarə etdiyi “Hyundai Tucson” markalı avtomobili aşırıb.
Nəticədə sürücü və sərnişin Fərəcağa Fərəcov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.












