Qax sakininin avtomobilini qaçıran yeniyetmə saxlanılıb

 13:38 07.05.2019     461

Qax şəhər sakini İlham Qasımov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi xidməti ilə əlaqə saxlayaraq mayın 4-dən 5-nə keçən gecə ona məxsus “VAZ 2106” markalı avtomobilin evinin qarşısından qaçırılması barədə məlumat verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, aidiyyətı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.

Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qasımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən