Metro üçün nəzərdə tutulan yeni ventilyatorlar artıq Bakıda

 12:42 07.05.2019     290

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında havalandırma sisteminin təkmilləşdirilməsi üçün aldığı yeni ventilyatorları Bakıya gətirib.

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, alınan 7 yeni ventilyator artıq Bakıdadır:

"Hazırda 2 ventilyatorun quraşdırılmasına başlanıb. İlk olaraq 2 ventilyator metronun "Qara Qarayev" stansiyasında quraşdırılacaq. Digər 5 ventilyator isə plan üzrə quraşdırılacaq. Yaxın günlərdə metronun "Memar Əcəmi" stansiyasında da yeni ventilyatorun quraşdırılmasına başlanacaq. Digər ventilyatorlar isə metronun "Nizami" stansiyası və stansiyanın tunelində quraşdırılacaq".

Vumart və Güvən reklamı Vumart Güvən